00:00:00
Yazar
Admin User
27.04.2015 09:39 1380 1 dəq oxuma
İdman

Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı keçiriləcək

Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu şəhərə rəsmi səfəri başlayıb.
Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı keçiriləcək
Bu gün keçiriləcək Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu şəhərə rəsmi səfəri başlayıb.

Nazirliyin mətbuat xidmətindən İnformator-a verilən xəbərə görə, Londonun məşhur  “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov,  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub. 

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş  olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər