00:00:00
Yazar
Admin User
10.04.2015 09:15 383 1 dəq oxuma
Sosial

Bakı 2015 Avropa oyunlarının Moskvada təqdimatı keçiriləcək

Rusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.
Bakı 2015 Avropa oyunlarının Moskvada təqdimatı keçiriləcək

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək.  Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

nazirliyin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında  baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi  ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar  üçün konsert proqramı təqdim ediləcək.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər