00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.02.2026 16:44 16 1 dəq oxuma
Sosial

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verib

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verib

Ləğv edilən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

 

"İnformator.az" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

 

Qeyd edək ki, T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər