“Baki kart” istifadə : ənənəvi kart, yoxsa mobil tətbiq?
Artıq iyulun 1-dən ictimai nəqliyyatdan istifadə edənlərin səbirsizliklə gözlədiyi tətbiq- Bakı kartın mobil tətbiqi istifadəyə verildi. Sərnişinlər indi hansına: ənənəvi karta, yoxsa mobil tətbiqə üstünlük verirlər? Onlar üçün tətbiqdən istifadə nə dərəcə rahatdır?
Bakı kart mobil tətbiqi artıq 10 gündür ki istifadəyə verilib. Maraqlıdır paytaxt sakinləri üçün ənənəvi kart daha rahatdır, yoxsa mobil tətbiq? Ümumiyyətlə, tətbiqdən istifadə edə bilirmi?
Sərnişinlərin seçimləri müxtəlifdir, kimi kartı, kimi də mobil tətbiqdən istifadəni daha rahat bilir. Elə sürücülərdən də bəzisi sərnişinlərin çoxunun ödənişi mobil tətbiqlə etdiyini, bəzisi isə belə bir hal müşahidə etmədiyini deyir. Müşahidəlrə onu göstərir ki, tətbiqdən istifadə qaydasını hələ də bilməyənlər var.
Qeyd edək ki, tətbiqdən istifadə üçün ilk növbədə aktiv mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Tətbiq üzərindən həmçinin marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.
Onu da bildirək ki, QR biletlə ödənişi etdiyiniz zaman pul kisənizdən 1 manat çıxılır, tətbiqin dilində desək bloklaşdırılır. Daha sonra qalıq məbləğ pul kisəsinin balansına geri qaytarılır.
