00:00:00
Yazar
Admin User
08.11.2023 17:09 316 2 dəq oxuma
Sosial

"Bakı Metropoliteni" əlil arabaları üçün hansı şəraiti yaradır?

"Bakı Metropoliteni" əlil arabaları üçün hansı şəraiti yaradır?

"Bakı Metropoliteni" QSC hazırda əlil arabalı şəxslər üçün avtomatik pandusların quraşdırılması istiqamətində araşdırmalarını davam etdirir. Avtomatik pandusların quraşdırılması birbaşa olaraq əlil arabası istifadəçilərinin müntəzəm rahatlığını və sərbəstliyini təmin etməlidir". 

Bunu İnformator.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, bu sərbəstliyin və rahatlığın təmin edilməsi istiqamətində ən optimal qərarlar verilməlidir. 

 

"Hazırda "Bakı Metropoliteni" daha 2 qurğunu sınaqdan keçirir. Bu, eskalatorlar üçün olan qurğulardır. Birinci mərhələ üzrə tətbiqat uğurla sınaqdan keçirilib. İkinci mərhələ üzrə işlərə başlanılıb".

 

B.Məmmədov onu da vurğulayıb ki, hazırda metropolitenin bütün qatarlarında əlil arabaları üçün şərait mövcud olsa da, sıxlıq səbəbindən şəraitdən istifadə o qədər də mümkün deyil:

 

"Köhnə qatarlarda bunun üçün şərait olmadığından maşinist kabinəsinə ən yaxın sahələrdəki oturacaqlar sökülərək müvafiq olaraq əlil arabaları üçün yer ayrılıb. Əfsuslar olsun ki, "Bakı Metropoliteni"ndə sıxlıq çox olduğundan bu şəraitdən istifadə bir çox hallarda icra edilmir və həmin vaxtlar sifarişlər qəbul edilmir".

 

Qurumun mətbuat katibinin sözlərinə görə, metropoliten üçün birinci dərəcəli vəzifə sərnişinin təhlükəsizliyidir:

 

"Əlil arabalı şəxslər üçün də təhlükəsizlik təmin edilə bilinmirsə, bu zaman "Bakı Metropoliteni" sifarişi yerinə yetirməməlidir. Bu məsələ hazırda da araşdırılır. Günün gur saatlarında elan etdiyimiz kimi bir qayda olaraq sifarişlər qəbul edilir. Günün digər saatlarında və istisnasız olaraq həftənin bütün günlərində qəbul olunur".

 

Məryəm Abdullazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər