00:00:00
Yazar
Admin User
09.10.2023 13:25 376 1 dəq oxuma
Sosial

Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobusların hərəkəti asanlaşacaq. Paytaxtın giriş-çıxışında ictimai nəqliyyatın işinin asanlaşması, bu istiqamətdən Bakıya gələn on minlərlə insanın vaxt itkisinin minimuma enməsi deməkdir. Amma ictimai nəqliyyatın hərəkətinin nizamlanması, tıxaclarla bağlı fəsadlara da səbəb olacaq.

 

Məsələ ilə əlaqədar sürücülər ARB xəbərə açıqlamasında, pik saatlarda Xırdalandan Ekologiya postuna kimi gecikməyə düşərək, vaxt itirdiklərindən söz açıblar.
“Tıxaca düşəndə, 45 dəqiqəlik intervalı saat yarıma güclə gəlib çıxırıq”.

Nəzərə almaq lazımdır ki, pik saatlarda Bakı-Sumqayıt yolunda yaranan tıxaclar marşurut avtobuslarının da vaxtında dayanacaqlara çatmasına imkan vermir. Məhz bu problemi aradan qaldırmaq üçün Beynəlxalq avtovağzalın qarşısından Sumqayıt şəhərinin girişinə qədər gediş və gəliş istiqamətində ayrıca avtobus zolağı çəkilir.
Sürücülərin açıqlamasına görə, bu zolaq vasitəsi ilə onların işi xeyli asanlaşacaq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrinə əsasən, zolaqların çəkilməsi dünyanın bir çox ölkələrində göstərilən təcrübə nəticəsində öz səmərəsini verir.

“Eyni zamanda, şəhərdə Avtobusların sayı da artırılmalıdır. Əgər yol avtobuslarla dolu olsa, tıxac sayında azalma müşahidə edilər. Amma avtobusların sayı eyni qalsa, həmin şərtlərlə işləsə, zolağın heç bir xeyri olmayacaq". 

Gündüz Vaqifoğlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər