00:00:00
Yazar
Hüseynova Mələk
22.06.2026 18:58 29 1 dəq oxuma
Sosial

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir 

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

İyunun 23-24-də Bakının Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum vasitəsilə aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Məlumata görə, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi-Xocəsən şosesi (S.İsmayılzadə küçəsi)- 28 May küçəsi ilə təşkil ediləcək.

#marşrut #istiqamət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər