00:00:00
Yazar
Admin User
03.10.2023 19:13 582 1 dəq oxuma
Sosial

Bakıda dəvə ferması

Bakıda dəvə ferması

Bakının Maştağa kəndində olan dəvə ferması eşidənlərin marağına səbəb olur Rübab Qasımova hər gün bura dəvələrə qulluq etmək üçün gəlir. Demək olar ki, artıq onlarla dostlaşıb. Vaxtının böyük hissəsini bu canlılara sərf edən balaca Rübab dəvələrlə vaxt keçirməkdən zövq alır.
Axundovların yaratdığı təsərrüfatda hazırda 18 dəvə var. Əsas qidaları yonca presi və su olan bu canlılar heç də həmişə belə sakit dayanmırlar. İldə bir dəfə yaz aylarında bala verən dəvələr yayın əvvəlində tükünü tökür. Südü ətindən baha olan bu heyvanların yunundan da geniş istifadə edilir. Kinliliyi ilə ad çıxaran bu canlılar özlərinə qarşı olan kiçik səhvi belə bağışlamırlar. Ferma sahibi İlham Axundov deyir ki, hər gün müəyyən saatlarda onların yemlənməsi ilə məşğul olurlar.
Dəvələrin çəkisi 650 700 kiloqrama qədər çata bilir. Bu, onların qidalanmasından asılı olaraq dəyişir.
Səhra gəmisi kimi tanınan canlıların qidalanması yaşadıqları regiondan asılı olaraq dəyişir. Bu, onların görünüşündə də özünü göstərir. Dəvələrin belində bir və ya iki hürgüc olur. Bu da yük daşınmasında və minik vasitəsi kimi onların rolunu artırır.
Tarixən karvanların yük daşımasında əsas nəqliyyat vasitəsi olan dəvələrdən indi daha çox qidalanmada istifadə edilir.
Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər