00:00:00
Yazar
Admin User
22.11.2023 17:31 599 2 dəq oxuma
Sosial

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilib

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilib

Növbəti il ölkəyə gətirilən bəzi məhsullar gömrük rüsumundan azad olunacaq.

 

İnformator.az xəbər verir ki, digər məhsullara tətbiq olunan tariflərdə dəyişikliklərin edilməyəcəyi bildirilir.

 

İlin sonuna doğru keçirilən gömrük-biznes forumundan hibrid avtomobillərin idxalında mümkün güzəştlərdən də danışılıb.

 

Gələn ilin büdcəsindən gömrük xərcləri üçün də ayrılan məbləğ artırılıb. Amma bu artımlar hər hansı bir tarif dərəcəsinin artırılması yolu ilə həyata keçirilməyəcək. Faizlərə gəldikdə növbəti ildən məlum olacaq. Digər danışılan məsələ isə ölkəyə gətirilən hibrid avtomobillərin gömrük rüsumları ilə bağlı oldu.

 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov açıqlamasında deyir ki, elektrik maşınlarla bağlı güzəştlər tətbiq olunub.

 

“Və kifayət qədər insanlara imkan yaradılıb ki, bundan istifadə olunsun. Tendensiya onu göstərir ki, insanlar və vətəndaşlar daha çox gibrid və yaxud elektrik maşınların əldə edilməsində maraqlıdırlar. Əlbəttə ki, bu sahədə təkcə gömrük orqanlarının üzərinə düşən məsələ deyil. Bu müvafiq qurumların bərabər işi əsasında olur. Hələlik konkret bu planda bior məsələ yoxdu, amma onun üzərində davamlı olaraq nəzarət obyektində olan məsələdir”.

 

Şahin Bağırovun sözlərinə görə, hazırda Zəngəzur dəhlizində müəyyən tədbirlər həyata keçirilir.

 

“Və biz o sahədə o keçid məntəqələrinin inkişafı üzrə iş aparırıq. Eyni zamanda, yeni layihələndirmə işləri də aparırıq ki, o layihələr əsasında növbəti mərhələlərdə artıq tikinti işləri başlanacaq”.

 

Prezident köməkçisi Şahmar Mövsümov isə deyir ki, Gömrük sərhəd keçid tezliyi idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin operativ qeydiyyatının reallaşdırılması, ölkəyə gələn və ölkədən gedən turistlərin yaşıl dəhliz və digər asanlaşdırılmış keçid zolaqlarının istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması prosesləri diqqət mərkəzində saxlanılmalı, eyni zamanda vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır.

 

“Xüsusi ilə orta dəhlizin tranzit potensialının inkişafı üçün ticarətin asanlaşdırlması o cümlədən gömrük prosedurlarının dəhlizə daxil olan digər ölkələrlə qarşılıqlı təkminləşdirilməsi və rəqəmsallaşdırılması vacibdir”.

 

İqtisadiyyat Nazirinin birinci müavinu Elnur Əliyev isə açıqlqmasında bildirir ki, Neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq xarici ticarət balansında böyük həcmli profitet müşahidə olunmaqdadı.

 

“Belə ki, cari ilin 10 ayında ixrac 29 milyard ABŞ dolarını ötmüş, ticarət balansını 15 milyard ABŞ dollarından çox olub. Qeyri- neft-qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsullarını çıxmaqla qeyri-neft sənaye məhsullaırnın, qeyri-neft qaz ixracının payı 68 faizə çatmaqdadır”.

 

Lamiyə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər