00:00:00
Yazar
Səadət Əlizadə
26.06.2026 10:18 18 1 dəq oxuma
Media

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.


"İnformator.az" xəbər verir ki, yürüşlər şəhərin bir neçə istiqaməti üzrə 12:00-dək davam edəcək.

 

Hazırda aşağıdakı marşrutlar üzrə yürüş edilir:

 

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

 

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – "Alov Qüllələri" Kompleksi – Çəmbərəkənd parkı - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

 

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

 

IV yürüş marşrutu: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

 

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

 

Qeyd edək ki, bu gün Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunur.

#yürüşlər #orkestrlərin #azərbaycan #xəbər #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər