00:00:00
Yazar
Admin User
18.10.2023 19:15 275 1 dəq oxuma
Sosial

BAKIDA ƏHALİNİN TİBBİ MÜAYİNƏSİ İLƏ BAĞLI YENİ QEYDİYYAT SİSTEMİ YARADILIB

BAKIDA ƏHALİNİN TİBBİ MÜAYİNƏSİ İLƏ BAĞLI YENİ QEYDİYYAT SİSTEMİ YARADILIB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlayıb.

 

TƏBİB-dən verilən məlumata görə, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb.“E-tabib” mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb.

 

Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər