Bakıda həyət evində yanğın
Binəqədi rayonunda həyət evi yanır.
İNFORMATOR.AZ-ın məlumatına görə, hadisə İlham Hacıyev küçəsində yerləşən həyət evində baş verib.
Hadisə yerinə FHN xüsusi yanğınsöndürmə briqadası gəlib. Yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
