00:00:00
Yazar
Səadət Əlizadə
19.06.2026 16:07 28 1 dəq oxuma
Siyasət

Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb

Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb

Baş prokuror Kamran Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay arasında keçirilən görüşdə 27–28 oktyabr tarixlərində Bakı şəhərində təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məsələləri müzakirə edilib, tədbirin təşkilati və məzmun baxımından yüksək səviyyədə keçirilməsi istiqamətində görülən və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

 

"İnformator.az" xəbər verir ki, bunun davamı olaraq, iyunun 19-da Baş prokurorun müavini, tədbirin Təşkilat Komitəsinin sədri Heydər Məmmədovun rəhbərlik etdiyi komitə üzvləri ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və qeyd olunan tədbirin təşkilinə dair əməkdaşlıq rəsmiləşdirilib.

 

Görüş zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən sistemli tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, şəffaflığın artırılması və dövlət idarəçiliyində hesabatlılığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələr barədə məlumat verilib.

 

Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq, Azərbaycan Respublikasının təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərdə fəal iştirak etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işlərinin planlı və sistemli şəkildə davam etdirildiyi, tədbirin yüksək təşkilati səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü bildirilib.

#azərbaycan #üzrə #gündəm #baki #tədbirinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər