00:00:00
Yazar
Zəhra Həsənova
28.05.2026 20:01 16 1 dəq oxuma
İdman

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kuboku Azərbaycanın növbəti dəfə böyük beynəlxalq idman yarışına ev sahibliyi etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Turnirdə müxtəlif ölkələrdən güclü gimnastların iştirakı yüksək rəqabət və maraqlı çıxışlar vəd edir.


"Azərbaycan təkcə gimnastikada yox, ümumiyyətlə bütün idman növlərinin yarışlarında çox yaxşı təşkilatçı kimi tanınır. Demək olar ki, bütün idman növləri üzrə Avropa, Dünya çempionatlarının, müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə təşkilatçılıq ilə artıq adından söz etdirib".

 

Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bizi həm idman ölkəsi, həm də idman yarışlarının yaxşı təşkilatçı  ölkə kimi tanıyırlar:

 

"Gimnastika Federasiyası da bu istiqamətdə mütəmadi olaraq adını təsdiqləyir. Sübut edir ki, bu yarışların böyüklüyündən asılı olmayaraq daha yaxşı təşkil etməklə bu adı boşuna qazanmayıb. Azərbaycana gələn, bu yarışlarda iştirak edən idmançılar, rəsmilər hər şeyin ən yüksək səviyyədə təşkil olunduğunu təkrarlayırlar. Yarışdan əvvəl və yarışdan sonra verdikləri müsahibələrdə bunu dəfələrlə qeyd edirlər. Bu gimnastlarımızın beynəlxalq yarış təcrübəsi qazanmağa davam etməsi istiqamətində çox böyük əhəmiyyət daşıyacaq. Yarışda Rusiya, Ukrayna, İtaliya və Türkiyədən və digər ölkələrdən gələn idmançılar iştirak edəcəklər. Bu yarışlar Azərbaycan idmançılarının həm özlərini göstərmək, həm də sevinci rəqabət şəraitində inkişaf etmək imkanı əldə etməyə yardım edəcək".


Zəhra Möhübbətova

#dünya #yeni #xəbər #kubokunda #akrobatika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər