00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 16:32 29 1 dəq oxuma
İdman

Bakıda keçiriləcək İBA Çempionlar Gecəsindən gözləntilər nələrdir?

Bakıda keçiriləcək İBA Çempionlar Gecəsindən gözləntilər nələrdir?

 

İyulun 10-da Bakı ilk dəfə boks üzrə İBA Çempionlar Gecəsinə ev sahibliyi edəcək. Turnirdə Azərbaycan boksçuları dünyanın müxtəlif ölkələrindən olan güclü rəqiblərlə qarşılaşacaq, ümumilikdə altı döyüş keçiriləcək. Bu yarışın ölkə boksunun inkişafına verəcəyi töhfə, beynəlxalq əhəmiyyəti, eləcə də yerli idmançılar üçün yaratdığı imkanlar maraq doğuran məsələlərdəndir.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu tipli yarışların keçirilməsi idmançılarımız üçün birbaşa təcrübə və praktikadır:

 

"Bizi maraqlı boks gecəsi və yüksək səviyyəli bir yarış gözləyir. İdmançılar arasında həm tanıdığımız isimlər, həm də kifayət qədər populyar simalar var. Bu turnirin Azərbaycanda keçirilməsi və gənc boksçularımızın burada çıxış etməsi sevindirici haldır. Belə yarışlar nə qədər çox təşkil olunarsa və tanınmış boksçular bura nə qədər çox gələrsə, idmançılarımızın onlarla eyni rinqi paylaşması bir o qədər faydalı olar. Çünki idmançı, adətən, yarışlarda və gərgin döyüşlərdə formalaşır, böyüyür. Hesab edirəm ki, ölkəmizdə bu cür turnirlərin sayı artırılmalıdır. Bu tipli yarışların keçirilməsi idmançılarımız üçün birbaşa təcrübə və praktikadır. Eyni zamanda, bu turnirlər çatışmayan cəhətləri görmək üçün gözəl bir imkandır. Boksçularımız harada zəif tərəfləri varsa, onların üzərində işləyib gələcəkdə daha uğurlu nəticələr göstərə bilərlər. Bu, onlar üçün böyük bir şans və əsaslı bir fürsətdir".

 

Samirə Allahverdizadə

#İdman #İBA #boks
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər