Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası oyunlarının təqvimi açıqlanıb
Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.
Bu barədə "İnformator.az" a AFFA-nın mətbuat xidmətindən bildirilib.
Oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
