00:00:00
Yazar
Cavahir Əsgərbəyli
09.06.2026 16:05 38 1 dəq oxuma
Sosial

Bakıda taksi xidməti kəskin bahalaşıb

Bakıda taksi xidməti kəskin bahalaşıb

Bakıda fəaliyyət göstərən tanınmış taksi şirkətləri qiymətləri kəskin artırıblar.

 

"İnformator.az" xəbər verir ki, iyun ayının əvvəlindən “Yango”da xidmət 40-50% arası qalxıb.

 

Analoji vəziyyət “Bolt”a da aiddir, bu taksi şirkəti də qiymətləri 40% artırıb.

 

Qiymət artımı hava şəraiti, pik saatlar və yaxud yolun sıxlığı ilə bağlı deyil. Əksinə, hava şəraiti, pik saatlar və sıxlıq zamanı gediş iki və ya üçqat artır.


Qiymət artımının səbəbi haqda taksi xidmətlərinə sorğu göndərilib.

#bahalaşıb #xəbər #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər