Bakıda "Xocalıya Ədalət" yürüşü keçirilib
Paytaxtda Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib.
Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə paytaxt Bakıda yürüş keçirilib. Ana Harayı abidəsinin önündə başlayan yürüşdə yüzlərlə şəxs iştirak edib.
İnformator xəbər verir ki, "Xocalıya Ədalət", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim qalacaq" şüarının səsləndirildiyi və Dövlət Himninin səsləndirildiyi tədbir saat 4:30-da start götürüb. Yürüşdə əcnəbi vətəndaşlar da iştirak edib.
Əllərində bayraq və şam tutmuş yürüş iştirakçıları Dənizkənarı Bulvara gəlib. Burada şamlarla "Xocalıya Ədalət" sözləri yazılıb. Daha sonra faciə qurbanlarını simvolizə edən 613 şam yandırılaraq səmaya buraxılıb.
