Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi keçirilib.
"İnformator.az" xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general polkovnik Kəmaləddin Heydərov açaraq iştirakçıları salamlayıb. Nazir bu mühüm idman tədbirinin hazırlanmasına və keçirilməsinə töhfə vermiş beynəlxalq təşkilatlara, milli federasiyalara, təşkilatçılara, hakimlərə və bütün qurumlara minnətdarlığını bildirib:
“Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz qısa müddətdə əsl idman ölkəsinə çevrilib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar".