00:00:00
Yazar
Zəhra Həsənova
29.04.2026 19:52 17 1 dəq oxuma
İdman

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku”: Gənc idmançılar üçün yeni imkanlar

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku”: Gənc idmançılar üçün yeni imkanlar

2-3 may tarixlərində Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək. Azərbaycan Su İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarış Heydər Əliyevin 103-cü ildönümünə həsr olunub. Yarışda yeniyetmə və gənc idmançılar müxtəlif siniflər üzrə mübarizə aparacaqlar.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, güclü ölkələrin idmançıları ilə mübarizə apara biliriksə, bu qısa müddətdə olan uğurun göstəricisidir:


"Azərbaycan Su İdman Növləri Federasiyası möhtəşəm fəaliyyət göstərir. Bu yarış çox maraqlı və yüksək səviyyəlidir. İdmançılar belə yarışlarda öz bacarıqlarını göstərə bilirlər. İdmanın inkişafı üçün beynəlxalq yarışların və məşqlərin olması, idmançıların özlərini göstərməsi və performansın uyğun səviyyədə olması vacibdir. Təbii ki, belə yarışlar Azərbaycan idmanına müsbət təsir göstərir. İdmançıların seçiminə gəldikdə isə, regional yarışlarda uğurlu çıxış edən idmançılar Respublika Çempionatına dəvət olunur, orada isə ən yaxşılar milli komandaya cəlb edilir. Burada yer qazanmaq böyük yarışlara birbaşa vəsiqə əldə etmək üçün vacibdir.  "Prezident Kuboku" yarışı möhtəşəm keçiriləcək. Gümüş medalın qazanılması da mühüm nəticədir. Nəzərə almaq lazımdır ki, güclü ölkələr Azərbaycana gəlib. Əgər güclü ölkələrin idmançıları ilə mübarizə apara biliriksə, bu qısa müddətdə olan uğurun göstəricisidir".

 

Samirə Allahverdizadə

#azərbaycan #gündəm #yelkən #imkanlar #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər