00:00:00
Yazar
Nigar Həsənzadə
16.07.2026 23:25 21 1 dəq oxuma
Sosial

Bakının bir sıra ərazilərində qaz olmayacaq

Bakının bir sıra ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

 

"İnformator.az" xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17 iyul 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq.

 

Məhdudiyyətlər Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarını, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsini, Xutor qəsəbəsini və Vorovski yaşayış massivini, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan Qadını küçələrini əhatə edəcək.

#olmayacaq #xəbər #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər