Bakının bitməyən taksi problemi
"Taksi məsələsində təkcə texniki məsələlər deyil, eyni zamanda insan faktoru da önəm daşıyır”.
Bu sözləri informator.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Ekspert deyir ki, taksilərlə bağlı mütəmadi olaraq müəyyən fikirlər səslənməkdə davam edir.
“Bu həm sosial mediada, həmdə televiziyada gündəmdən düşməyən bir mövzudur. Baxmayaraq ki, kifayət qədər taksi sahəsində müəyyən innovativ yeniliklər və müasirləşmə var, eyni zamanda elm və texnikanın inkişafı da sərnişin daşımaya təsir edir. Amma burda təkcə texniki məsələlər deyil, insan faktoru da önəm daşıyır. Yəni, insanların bir-birinə qarşı münasibətləri, sürücü-müştəri münasibətinə öz təsirini göstərir".
Ekspert eyni zamanda, taksi problemlərinin həlli yollarından da söz açıb.
"Bu məsələdə texniki məsələlərdən əlavə profilaktik tədbirlər olmalıdır. Maarifləndirici, tənbehleədirici tədbirlər görülməlidir. Amma bu tədbirlər müəyyən vaxt alır. Profilaktik tədbirlərdən çox maarifləndirici tədbirlərə daha üstünlük verilməlidir. Sürücü, şirkət və şirkət rəhbərliyi öz məsuliyyətini dərk etməlidir”.
Aydan İsayeva
