00:00:00
Yazar
Səadət Əlizadə
27.09.2026 14:48 27 1 dəq oxuma
Sosial

Bakının bu küçələrində hərəkət bərpa olunub

Bakının bu küçələrində hərəkət bərpa olunub

Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Məlumata görə, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

 

Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.

 

Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.

#yeni #baki #olunub #bakının #küçələrində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər