00:00:00
Yazar
Admin User
20.11.2023 17:29 314 2 dəq oxuma
Sosial

Bakının çarəsi tapılmayan tıxac dərdi

Bakının çarəsi tapılmayan tıxac dərdi

Paytaxtda yaşayan sakinlər hər gün tıxaclarda saatlarla vaxt itirirlər. Bu problemə bir çarə tapılmaması bir yana, hər il ölkəyə gətirilən avtomobillərin sayı artır. Mütəxəsislər isə deyirlər ki, digər ölkələrlə müqayisədə Azərbaycanda fərdi nəqliyyat vasitələrinin sayı çox deyil, əksinə azdır. Bəs tıxacların səbəbləri nələrdir?

 

İnformator.az xəbər verir ki, bu il mayın 1-dən etibarən ölkəyə xaricdən avtomobillərin gətirilməsinə məhdudiyyət qoyulub. Yeni qərara əsasən, zavod buraxılış tarixinə görə, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi qadağan edilib. Bu məhdudiyyətdən sonra avtomobillərin idxalında bir qədər azalma müşahidə edilsə də, bunun müvəqqəti olduğu proqnozlaşdırılır.

 

Məsələ ilə bağlı Avtomobil idxalçısı Ramin Mehtiyev açıqlamasında avtomobillərin idxalında elə də ciddi azalma müşahidə edilmədiyini bildirib.

 

“Amma yenədə, maşınlar gəlməkdə davam etməkdədir. Həm şəhərdə, həm də gömrükdə tıxacların ardı-arası kəsilmir”.

 

Hətta belə bir məhdudiyyət belə ötən ilin eyni dövrü ilə müqayisədə artımın qarşısını ala bilməyib. Mütəxəssislər idxalın 30 faiz çoxaldığını deyirlər. Bu nəqliyyat vasitələrinin böyük əksəriyyəti paytaxt yollarında istifadə olunur. Tıxaclar da göz qabağındadı. Amma mütəxəsislər deyir ki, problem ölkəyə avtomobillərin çox gətirilməsi yox, ictimai nəqliyyatın işini düzgün təşkil edilməməsidir.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov isə deyir ki, Azərbaycanda avtomobil çox deyil.

 

“Məsələn inkişaf edən ölkələrlə müqaisədə baxsaq, Azərbaycanda avtomobiləşmə səviyyəsi 15-16 faizdir. Amma bu rəqəm inkişaf edən ölkələrdə 60 faiz, hətta 60 faizin üzərindədir. Buna baxmayaraq, inkişaf edən ölkələrdə Bakıdakı kimi tıxac olmur. Burada avtomobillərin ölkəyə gətirilməsindən qorxmaq lazım deyil. Əsas problem bu avtomobillərin çox istifadə edilməsindədir”.

 

Ekspert, ictimai nəqliyyat normal işləmədikdə, insanların daha çox fərdi avtomobillərə üz tutduğunu deyir deyir. Belə olduqda da tıxacların artması normaldır.

 

Ərşad Hüseynovun sözlərinə görə, əhalisi və avtomobil sayı Azərbaycandan daha çox olan ölkələrdə vəziyyət daha fərqlidir.

 

“Dünyanın böyük şəhərlərinin təcrübəsinə baxaq: məsələn, Madrid şəhərində 290 metro stansiyası var, amma Bakının cəmi 27 stansiyası var. Bakının avtobus parkı ilə həmin ölkələrin avtobus parkına baxanda görürük ki, dəfələrlə fərqlər var aramızda. Fərq bir yana, biz də avtobus qrafiklərində həll yolunu tapmayan çox ciddi problemlər var”.

 

Mütəxəssislər, problemin digər həllini bölgələrin inkişafına daha çox diqqət yetirməkdə və əhalinin marağını rayonlara yönəltməkdə görürlər.

 

Sərxan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər