Bakının mərkəzində narkomanlar yuvası
Abbas Mirzə Şərifzadə küçəsi ilə Mətbuat prospektinin arasında yerləşən və 4 tərəfi yaşayış binaları ilə əhatə olunan bu ərazidə narkotik vasitə istifadə eliyənlər özləri üçün, toplaşmaq üçün bir yer seçiblər.
Arb xəbər sözügedən ərazi ilə bağlı araşdırma aparıb.
Əraziyə daxil olan zaman yerə baxanda da görməy olur ki, narkotik vasitə istifadəçiləri burdan daimi istifadə edirlər.
Ərazi sakini Arb xəbərə açıqlamasında deyib ki, onlar bütün günü istər bizim zibillikləri, istərsə də binanın zibillərini eşirlər, orda nəsə axtarırlar.
Sakinlərin sözlərinə görə, onlar haçan gecə vaxtı çölə çıxsa, onar orda olurlar hər dəfə.
Ərazi sakini açıqlamasında qeyd edir:
“Burdan keçəndə eşitdim ki, bir nəfər deyir ki, bunu qəbul eləsəm heçnə olmaz oda qayıtdı dedi ki yox istiyirsən bunan 100 dənə qəbul elə heçnə olan deyil”.
Onun sözlərinə görə, onlar narkomanlarla hər gün qarşılaşırlar.
“Axşam vaxtı gələndə hamı ordan keçməyə qorxur. Xüsusilə, uşaqlar həmin ərazilərdə oynamağa daha çox üstünlük verir deyə, qorxu-həyəcan içində oluruq. daje qorxuludu ordan keçməy.
Məkan əlçatmaz yerdə deyil. Nə sıldırım qayanın başındadı, nə dərənin dibində. Nə qapısı qıfıllanıb, nə üstü örtülüb. Ərazi sahibsiz də deyil. Mənzil Kommunal İstismar Sahəsi də var, sahə inspektoru da. Amma sakinlərin gördüyünü görməli olanlar narkomanları görə bilmirlər...
Sərxan Abbasəliyev
