Balıqçılıq qaydalarında dəyişiklik gündəmdə: Yeni tənzimləmələr gözlənilir
Balıq ehtiyatlarının qorunması məqsədilə tətbiq edilən qaydaların gələcəkdə yenilənməsi gözlənilir.
Bu sözləri “İnformator.az”a açıqlamasında Azərbaycan balıqçılar ittifaqının sədri Əfqan Əliyev deyib:
“Bu qaydalar balıq populyasiyasının qorunması məqsədilə tətbiq olunub. İyunun 28-də Milli Məclisdə balıqçılıq qaydalarına yenidən baxılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı sentyabr ayınadək qadağan olunan idman, həvəskar və sənaye balıqçılığı ilə bağlı qaydaların gələn ildən etibarən yenidən nəzərdən keçirilməsi məsələsi gündəmə gətirilib. Bu dəyişikliklərin su hövzələrində balıq ehtiyatlarının artmasına müsbət təsir göstərəcəyi gözlənilir”.
Aydan Əsgərxanlı