00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.08.2026 22:52 28 2 dəq oxuma
Sosial

Balıqlarla bağlı yeni qərar:Onlar haqqında bütün məlumatlar vahid sistemdə əksini tapacaq

Balıqlarla bağlı yeni qərar:Onlar haqqında bütün məlumatlar vahid sistemdə əksini tapacaq

Balıq bazarında yeni qaydalar qüvvəyə minir. Alıcılar  məhsulun mənşəyini əvvəlcədən öyrənə biləcəklər.Balığa dair məlumatlar vahid elektron sistemdə əksini tapacaq.


Artıq alıcılar bunu özləri müəyyən edəcəklər.Yeni qanun da məhz bunu hədəfləyir.Belə ki,balığın mənşəyi,həcmi,növü haqqında  məlumatlar elektron sistemdə əksini tapacaq.

Qida üzrə ekspert Məhsəti Hüseynova bildirir ki, bu,istehlakçıların hüquqlarının qorunmasında,həm də onların sağlamlığı üçün önəmli addımlardan biridir:

"Dəniz məhsullarının həm ovlandığı yerlərdə,eyni zamanda tarixi haqda məlumatlı olacaqlar.Bir  çox hallarda bu məhsul dondurulmuş şəkildə satılsa da soyudulması da nəzərdə tutulub.O temperaturda saxlanması belə elektron sistemdə öz əksini tapacaq"

Yeni qərarı  alıcı və satıcılar necə qiymətləndirir? 

Alıcı:Yaxşı qiymətləndirirəm.Gölməçədə ,basenidə saxlayırlar balığı.Bilmirik heç ona nə verirlər nə vermirlər.

Satıcı:Bizim üçün o rahat olacaq ki,alıcı biləcək də nə alır neyniyir.Biz onu elə olur yarımsaat danışırıq başa salırıq.İnanan var inanmayan var.Mallar təmiz olanda üstündə sertifikatı olanda rahat olur.

Satıcı:Biləcəklər ki,mallar üstündə yazılacaq ki,nə hardan gəlb.İrandan gəlir,Gürcüstandan gəlir,yerli mal gəlir.Hamısı bilinəcək.


Mütəxəssislər bildirir ki,qərar nə idxalı azaldacaq,nə də yerli istehsalı artıracaq.Bu,sadəcə seçim və rəqabət mühiti üçün geniş imkan yaradacaq.İdarəetmənin rəqəmsallaşdırılması  kimlər üçün çətinlik yarada bilər?


Bununla bağlı iqtisadçı Xalid Kərimli bu çətinliklərdən danışıb:

" Məhsulların etiketlənməsi,məhsulların tanıdılması prosesi ola biksin ki, kiçik sahibkarlar üçün müəyyən çətinliklər yarada bilər.Fərdi ev təsərrüfatlarında müəyyən xərc artımına gələ bilər.İlkin mərhələdə onlar üçün  çətinlik yarada bilər.Ümumilikdə bazarda şəffaflığın artırılması,məhsulun mənşəyinin haqqında alıcılara düzgün məlumat verməyə xidmət etdiyinə görə informasiya assimetriyasi,keyfiyyətsizliyi problemi aradan qalxar.
İdarəetmənin rəqəmsallaşdırılması bazarda şəffaflığı artıracaq və alıcılara məhsulu vahid sistemdən izlənilmək  imkanı yaradacaq.

SƏKİNƏBƏYİM CƏFƏROVA,MİRƏZİZ MİRƏLİOĞLU AZTV XƏBƏR

#bütün #balıqlar #qərar:onlar #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər