00:00:00
Yazar
Admin User
05.09.2023 19:43 290 2 dəq oxuma
Sosial

Bank kartlarına kiberhücumla bağlı faktlar artıb

Bank kartlarına kiberhücumla bağlı faktlar artıb

Son zamanlar bank kartlarına kiberhücumla bağlı şikayətlər artıb. İnsanlar sosial şəbəkə üzərindən hakerlərin hücumuna məruz qalırlar. Dələduzlar müxtəlif yollarla, bankların adından sui-istifadə edərək vətəndaşların kart məlumatlarını əldə edirlər. Sonda da pulları mənimsənilir.

 

Elçin Qəribov adlı müsahibimiz Sumqayıt sakinidir. Sosial şəbəkədə gördüyü reklama aldanaraq 2 min manata yaxın məbləğdə pul itirib. Deyir, avqustun 28-də feyzbuk platformasında Beynəlxalq banka aid elan görüb. Həmin elanda kredit almaq üçün banka onlayn müraciət edə biləcəyi qeyd olunub: “Telefon nömrə tələb olunduqdan sonra mənə 6 rəqəmli kod gəldi. Mən də həmin kodu yığdım, yazıldı ki, sizə kredit ayrıla bilər. Həmin dəqiqə mən öz kartıma daxil oldum, amma alınmadı. Bankın qaynar nömrəsini yığdım, seriya nömrəsini dedim ki, mənim kartımı bloklayın,Kartda pul var idi. Onlardan soruşdum ki, mənim balansımda pul qalıb, yoxsa yox? Mən öz balansıma girə bilmirəm. Dedilər, xeyr sizin kartınızda 9 manat pul qalıb. Mənim kartımda 1847 pul var idi. 1838 manat oğurlayıblar”.

 

Zərərçəkən aidiyyatı qurumlara müraciət etdikdən sonra məlum olub ki, dələduzlar bu addımı Ukraynadan həyata keçirib. Beynəlxalq bankdan da deyildi ki, onların adından istifadə edilən bu cür dələduzluq hallarının tez-tez baş verir. Məqsəd əvvəl müştərinin fərdi məlumatlarını, ardınca pullarını ələ keçirməkdir.

 

İKT mütəxəssisi Elvin Abbasov deyir ki, hər hansı yazışma üzərindən, yaxud da sosial şəbəkələr üzərindən onlara təklif olunan linklərə basdıqdan sonra hər hansıl kod və ya şəxsi məlumatlar istənildikdə, bu məlumatları hər hansı şəxslə paylaşmasınlar: “Şəxsi və məxfi məlumatlar paylaşıldığı təqdirdə  onların pul vəsaitləri oğurlana bilər və ya onların adlarından hər hansı bank hesabları açıla bilər, o bank hesabları üzərindən dövriyyə oluna bilər və o borc həmin şəxsin öhdəliyində qala bilər”.

 

Bu cür dələduzluq halları ilə qarşılaşan şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etməsi vacib hesab edilir. Amma təbii ki, ən vacib məqam diqqətli olmaqdır. Xüsusilə kart məlumatlarını və Bank tərəfindən göndərilən təhlükəsizlik şifrələrini üçüncü şəxslərlə paylaşmamamaq tövsiyə edilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər