00:00:00
Yazar
Admin User
16.11.2023 17:35 368 2 dəq oxuma
Sosial

Banklar bu xidmətin qiymətini qaldırır

Banklar bu xidmətin qiymətini qaldırır

Bəzi bankların SMS xəbərdarlıq tarifi 2,5 dəfə artacaq.

 

İnformator.az xəbər verir ki, Bankların sms məlumatlandırma üçün aldıqları vəsait 2 dəfədən çox artır. Məsələn, şəxs bank hesabında baş verən proseslər barədə məlumatlandırma üçün hər hansı maliyyə təşkilatına aylıq 40 qəpik ödəyirsə, növbəti aydan bu məbləğ 1 manat olacaq.

 

Müştərilər isə açıqlamalarında müxtəlif fikirlər səsləbdiriblər.

 

“Biz o bankın müştəriləriyiksə, hər bir şeydən pul tutmaq məncə əhəmiyyətsiz bir şeydi. Zatən məbləğ tutulurdu. İndi təzədən məbləğin artırılması nəyə lazımdı ki? Belə baxırsan balaca puldu, amma baxmayın da puldu, məncə o biraz düzgün deyil”.

 

Görünən odur ki, müştərilər bu haldan heç də razı deyillər.

 

“Hansısa bir kartdan karta ödəniş zamanıda əlavə komissiya məbləğləri çıxılır, üstəlik bununda artması çox düzgün hesab etmirəm”.

 

Ekspertlər deyirlər ki, Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqları aşağı salıb.

 

“Bu müsbət hal olsa da bu xidmətdə güzəşt edən bəzi banklar, sms məlumatlandırma xidmətlərinin qiymətini artırmaqla yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xərcləri yüksək olaraq qalacaq”.

 

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, nəzərə alsaq ki, yüzminlərlə müştəriyə göstərilən xidmətdən danışırıq.

 

“Belə olduğu halda isə kifayət qədər böyük bir gəlir mənbəyi formalaşır bank üçün burdan və bunun mütləq əsaslandırılması olmalıdır ki, hansı səbəbdən bu qərarlar qəbul edilir, yəni bu kütləvi hal alarsa, düşünürəm ki, aidiyyəti strukturlar da müvafiq olaraq bazarın spesifik xüsusiyyətini nəzərə almaqnan ki, burda inhisarçılıq və hökmran mövqe meylləri daha güclüdür bu istiqamətə müdaxilə etməli və hansısa formada bu prosesləri nəzarətdə saxlamalıdırlar”.

 

Mərkəzi bankdan isə məsələ ilə bağlı bildirildi ki, qanunvericiliyə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəst hesab edilir.

 

“SMS” məlumatlandırma xidməti müştərilərə aylıq əsasda təqdim olunur və bu xidmətdən istifadə seçimində müştərilər sərbəstdirlər”.

 

LƏMAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər