Banqkokdakı barda baş verən yanğında azı 28 nəfər ölüb, 25 nəfər ağır yaralanıb
Taylandın paytaxtı Banqkokda yerləşən barda bazar günü gecə baş verən güclü yanğın nəticəsində azı 28 nəfər həyatını itirib, 25 nəfər isə ağır xəsarət alıb.
Şahidlərin sözlərinə görə, yanğın şəhərin məşhur Çatuçak rayonundakı barın səhnə hissəsində başlayıb.
Alov qısa müddətdə bütün məkana yayılıb, elektrik enerjisi kəsilib və otaq qalın tüstü ilə dolub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təşvişə düşən müştərilərin alov bürümüş giriş qapısından qaçaraq xilas olmağa çalışdığı, bəzilərinin isə paltarlarının alışdığı görünür.
Hadisə yerinə gecə yarısından dərhal sonra çatan yanğınsöndürənlər alovu qısa müddətdə nəzarətə götürüblər. Həlak olanların əksəriyyətinin cəsədləri isə sığınacaq tapmaq ümidi ilə gizləndikləri güman edilən hamam otağında aşkarlanıb.
BBC News
Nuray Əliyeva