“Barça” qadın futbolçuları FIFPRO-nun 2025 üçün Dünya Ən Yaxşı XI-də
“Barselona”nın qadın komandası FIFPRO-nun 2025-ci il üçün seçilən ən yaxşı 11-likdə üç oyunçu ilə təmsil olunur – Ona Batlle, Aitana Bonmatí və Alexia Putellas. Seçim avqust 2024 – avqust 2025 arası çıxışlara əsasən 6 minə yaxın peşəkar futbolçunun səsi ilə müəyyənləşib.
Aitana Bonmatí 44 oyunda 15 qol və 12 assist, Alexia Putellas 39 oyunda 22 qol və 16 assist, Ona Batlle isə 37 oyunda 4 qol və 12 assistlə fərqlənib. Onlar “Barselona”nın liqa, İspaniya kuboku və Superkubok daxil olmaqla “üçlük” qazanmasında əsas rol oynayıblar. Aitana ardıcıl üçüncü dəfə, Alexia isə üçüncü dəfə bu siyahıya düşüb, Ona Batlle isə ilk dəfə yer alıb.
FC Barcelona Website
Nazim Xeyrxəbərli
