“Barcelona” Brügge səfərində qələbə axtarır
Bu çərşənbə günü “FC Barcelona”, UEFA Çempionlar Liqasının növbəti turunda Belçikanın cazibədar Brügge şəhərində səfərdə “Club Brugge” ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda üç xal, “blauqranalar”ın ilk səkkizliyə düşmək və birbaşa 1/8 final mərhələsinə yüksəlmək şanslarını ciddi şəkildə artıracaq. Qarşılaşma öncəsi diqqətçəkən 5 fakt:
1.Yenidən görüş
İki komanda indiyə qədər dörd dəfə qarşılaşıb. Bu oyunlardan üçünü “Barça”, birini isə “Brugge”qazanıb. Son qarşılaşmaları 2002-ci ildə baş tutub və kataloniyalılar səfərdə 1:0 hesabı ilə qalib gəlib. “Barça” sonuncu dəfə belçikalı bir rəqibə qarşı iki il əvvəl Xavi rəhbərliyində “Royal Antwerp”lə qarşılaşıb və 3:2 hesabı ilə uduzub.
2.“Barça”qollarla öndə
Bu mövsüm Çempionlar Liqasında “Barcelona” bütün komandalar arasında ən çox qol vuran klubdur. Bütün turnirlərdə ümumilikdə 52 qol vurublar. Bu göstərici ilə “PSG”(51 qol) və “Bayern Munich”, “Borussia Dortmund” (43 qol) kimi klubları geridə qoyublar.
3.Tarixi CubarsíƏgər bu gün meydana çıxarsa, mərkəz müdafiəçisi Pau Cubarsí, 19 yaşına çatmamış 20 Çempionlar Liqası matçında çıxış edən cəmi üçüncü futbolçu olacaq. Bu rekordu daha əvvəl yalnız komanda yoldaşı Lamine Yamal və “PSG”dən Warren Zaïre-Emery gerçəkləşdirib.
4.Formda Rashford
Marcus Rashford hazırda Çempionlar Liqasında dörd qolla üçüncü ən yaxşı bombardirdir. Eyni sayda qolu “Man City”dən Erling Haaland və “Newcastle” dən Anthony Gordon da vurub. Bu siyahıya isə beş qolla “Bayern”dən Harry Kane və “Real Madrid”dən Kylian Mbappé başçılıq edir. Rashford “Newcastle” və “Olympiacos”qarşısında dubl etməklə fərqlənib.
5.“Brugge”də qol bölgüsü
“Club Brugge” turnirdə indiyə qədər 5 qol vurub və bu qollar beş fərqli futbolçunun ayağından gəlib: Tresoldi, Onyedika, Vanaken, Diakhon və Tzolis. Baş məşqçi Nicky Hayen-in komandası hazırda Belçika Pro Liqasında 9 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ikinci yerdə qərarlaşıb.
Nazim Xeyrxəbərli
Barcelona TV
