“Barcelona” ilk məğlubiyyətini “Sevilla”dan alıb
“Barcelona” səfərdə “Sevilla” ilə üz-üzə gəlib və 1:4 hesabı ilə məğlub olub.
Mövzu haqqında idman mütəxəssisi Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu La Liqa görüşündə sadəcə bir məğlubiyyət idi:
“ Nəzərə alsaq ki, “Sevilla” özü güclü komandadır, baş məşqçisi də təcrübəlidir. “Barcelona”nın məğlubiyyəti daha çox arxayınlıqla bağlı olub. Heyətlə bağlı da problemlər var. Bir çox mövqelərdə, əsasən müdafiə xəttində yeni oyunçulara ehtiyac var. Ümumilikdə futbol dünyasında belə məğlubiyyətlər normaldır. Gələcək oyunlarda bu məğlubiyyətin komandaya necə təsir göstərəcəyini hamımız görəcəyik”.
Mələk Nəsirli
