00:00:00
Yazar
Admin User
22.09.2025 19:33 146 1 dəq oxuma
İdman

"Barcelona'' nın Lopez-i zədə səbəbilə 3 həftəlik meydanlardan uzaqlaşacaq

"Barcelona'' nın Lopez-i zədə səbəbilə 3 həftəlik meydanlardan uzaqlaşacaq

"Barcelona" nın yarımmüdafiəçisi Fermin Lopez ayaq əzələsindən aldığı zədə səbəbilə üç həftə meydana çıxmayacaq. Bu barədə klub bazar ertəsi məlumat yayıb.

 

22 yaşlı İspaniya millisinin üzvü bu ay "Valencia"ya qarşı 6:0 hesabı ilə qazanılan oyunda iki qol vurub. O, "Getafe" yə qarşı bazar günü keçirilən və "Barcelona" nın 3:0 hesablı qələbəsi ilə başa çatan La Liqa matçının sonlarında, ikinci hissədə əvəzləmədən oyuna daxil olduqdan sonra zədələnib.

 

"Futbolçu Fermin Lopezin sol ayağında iliopsoas əzələsində zədə aşkarlanıb. Təxminən üç həftə meydanlardan kənarda qalacaq," – "Barcelona" "X" platformasında paylaşım edib. Bu zədə Fermin Lopez-i "Barcelona" nın oktyabrın 1-də "Paris Saint-Germain" ilə keçirəcəyi Çempionlar Liqası qarşılaşmasından kənarda qoyacaq. La Liqanın çempionu "Barcelona" cümə axşamı "Oviedo" nun qonağı olacaq. Komanda hazırda lider "Real Madrid"dən iki xal geri qalır.

 

 

Reuters

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər