00:00:00
Yazar
Admin User
12.01.2026 14:25 84 2 dəq oxuma
İdman

“Barselona” ardıcıl ikinci Superkubokunu qazanıb: 3:2 “Real Madrid”

“Barselona” ardıcıl ikinci Superkubokunu qazanıb: 3:2 “Real Madrid”

“Barselona” Ciddədə keçirilən İspaniya Superkuboku finalında “Real Madrid”i 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci titulunu qazanıb. Rafin­yanın iki qolu və Levandovskinin zərbəsi katalonlara qələbəni gətirib. İlk hissənin əlavə vaxtında üç qol vurulmuş və fasiləyə 2:2 hesabı ilə yollanılmışdı. İkinci hissədə Rafin­ya həlledici qolu vurub, “Real”ın son dəqiqə təzyiqləri qapıçı Joan Qarsiya tərəfindən dəf edilib.

 

Mövzu haqqında idman jurnalisti Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, maraqlı bir qarşılaşma olub:

 

“Hər iki tərəf hakim səhvlərindən danışırdı bu oyunda. Amma nəticədə “Barselona” qələbə qazanıb. Qələbəni yalnız hakimlə bağlamaq düzgün olmaz, təbii ki, digər amillər də rol oynayıb. "Barselona”nın “Real Madrid” üzərində qələbəsində maraqlı məqamlar olub. Oyunda maraqlı qollar gördük. Bu elə bir qələbədir ki, onu hansısa fərdlərə bağlamaq istəmirəm. Amma məsələn, Rafinya oyunun əvvəlində Valverde ilə üz-üzə gələndə çox zəif çıxış edirdi. Valverde oyundan çıxandan sonra Rafinya daha aktiv oynamağa başladı. Bu da futboldur- 11 nəfərlik komanda oyunudur və belə dəyişikliklər təsir edir”.

 

Ağa Dadaşzadə hesab edir ki, “Barselona”nın bu qələbəsi onlara ümid və stimul verir:

 

" “Barselona”nın bu qələbəsi onlara ümid və stimul verir. Təbii ki, digər amilləri də unutmaq olmaz. “Real Madrid”in isə bəxtsizlik yaşadığını düşünürəm. Baş məşqçinin gənc və təcrübəsiz olması, bəzi yanlış əvəzetmələr nəticəyə təsir edib. Əgər fərqli dəyişikliklər olsa idi, bəlkə hesab da fərqli ola bilərdi. Amma nə olursa olsun, nəticə bəllidir. Hər iki komandaya uğurlar arzu edirəm, çox maraqlı görüş olub".

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər