00:00:00
Yazar
Admin User
15.05.2023 16:46 486 1 dəq oxuma
İdman

Barselona çempion oldu

Barselona çempion oldu

İspaniya La Liqasının 34-cü həftəsində Xavi Hernandezin rəhbərliyi altında Luis Qarsiyanın komandası "Espanyol" "Barselona" ilə üz-üzə gəlib.

 

İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, RCDE Stadionunda keçirilən qarşılaşmada "Barselona" 4-2 hesabı ilə qalib gələrək La Liqada 4 həftə qalmış çempionluğunu elan edib.

 

Çempionluğu gətirən qolları 11 və 40-cı dəqiqələrdə Robert Levandovski, 20-ci dəqiqədə Alejandro Balde və 53-cü dəqiqədə Jül Kounde vurub. Ev sahibi “Espanyol”un qollarını isə 73-cü dəqiqədə Xavyer Puado, 90+2-də isə Xoselu vurub.

 

Qeyd edək ki, bu nəticə ilə "Barselona" liqada xalını 85-ə çatdıraraq, ən yaxın rəqibi "Real Madrid"i 14 xal qabaqlayıb və liqanın bitməsinə 4 həftə qalmış çempion olacağına zəmanət verib.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər