00:00:00
Yazar
Admin User
22.10.2025 12:48 173 1 dəq oxuma
İdman

"Barselona"nın baş məşqçisi "Real"la matçda komandasına kömək edə bilməyəcək

"Barselona"nın baş məşqçisi "Real"la matçda komandasına kömək edə bilməyəcək

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona" klubunun baş məşqçi Hans-Diter Flikin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib.

 

"İnformator.az" xəbər verir ki, almaniyalı mütəxəssis La Liqanın X turunda qarşılaşacaqları "Real"la (Madrid) matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, 60 yaşlı baş məşqçi ötən tur "Jirona" ilə keçirilən oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Xarici KİV-də yer alan məlumata görə, "Barselona" RFEF-in qərarından Apellyasiya Komitəsinə müraciət etməyi planlaşdırır.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər