00:00:00
Yazar
Səadət Əlizadə
13.10.2026 14:25 74 1 dəq oxuma
İdman

“Barselona” Premyer Liqa klubunun müdafiəçisini transfer etmək istəyir

“Barselona” Premyer Liqa klubunun müdafiəçisini transfer etmək istəyir

İngiltərənin “Tottenhem” klubunun sağ cinah müdafiəçisi Pedro Porro İspaniyanın “Barselona” komandasına keçə bilər.

 

"İnformator.az" “Diario AS” nəşrinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı futbolçunun transferində maraqlıdır.

 

Lakin mümkün keçid Jül Kunde ilə bağlı vəziyyətdən asılıdır.

 

Bildirilir ki, Porro “Tottenhem”lə müqaviləsini yenicə uzatmasına baxmayaraq, İspaniyaya qayıtmaq variantını nəzərdən keçirir.

O, cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

 

Müdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

#premyer #gündəm #istəyir #xəbər #klubunun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər