Barselonada bədən yağı rekordu Şçesnı-dədir
Barselona qapıçısı Voyçex Şçesnı klubun ən yüksək bədən yağı faizinə sahib oyunçusu olduğunu etiraf edib. 35 yaşlı qolkiper bununla belə, yeməyə sevgisinin karyerasına mane olmadığını bildirib.
Ötən il futboldan təqaüdə çıxmasına baxmayaraq yenidən qayıdan və Barselonanın La Liqa çempionluğunda pay sahibi olan polşalı qapıçı, əvvəllər siqaretlə bağlı səmimi açıqlamaları ilə də gündəmə gəlib. 84 dəfə Polşa millisində forma geyinmiş Şçesnı, milli komandada olduğu vaxtda Barselona komanda yoldaşı Robert Levandovski ilə bu mövzuda zarafatla dolu bir dialoq yaşadığını da qeyd edib.
Reuters
Mələk Nəsirli
