00:00:00
Yazar
Aydan Əsgərxanlı
14.07.2026 17:56 76 1 dəq oxuma
Gündəm

Baş nazir qərar imzalayıb

Baş nazir qərar imzalayıb

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.


Qərara əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilib.


Bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır

#gündəm #xəbər #qərar #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər