00:00:00
Yazar
Admin User
03.03.2016 10:04 419 1 dəq oxuma
Sosial

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Xəzər və Binəqədidə səyyar xidmət göstərib

Növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Xəzər və Binəqədidə səyyar xidmət göstərib

Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin, ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.

DİN-in Mətbuat xidmətindən İnformator.az-a verilən məlumata görə, növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Paytaxtın Xəzər rayonununn Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.

Anoloji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər