00:00:00
Yazar
Admin User
15.08.2025 11:34 155 1 dəq oxuma
İdman

"Başakşehir"in "Universitatea Craiova" ilə matçlarını idarə edəcək hakimlər

"Başakşehir"in "Universitatea Craiova" ilə matçlarını idarə edəcək hakimlər

Təmsilçimiz "İstanbul Başakşehir"in UEFA Konfrans Liqası play-off mərhələsində Rumıniya təmsilçisi "Universitatea Craiova" ilə keçirəcəyi oyunları idarə edəcək hakimlər məlum olub.

 

UEFA-nın açıqlamasına görə, 21 avqust Cümə axşamı "Başakşehir Fatih Terim" stadionunda oynanacaq ilk qarşılaşmanı Albaniya Futbol Federasiyasından hakim Juxhin Xhaja idarə edəcək. Ona köməkçilər kimi həmvətənləri Arber Zalla və Rejdi Avdo yardım edəcəklər. Oyunun dördüncü hakimi isə Olsid Ferataj olacaq. "Başakşehir" ilə "Universitatea Craiova" arasında 28 avqust Cümə axşamı "Ion Oblemenco" stadionunda keçiriləcək cavab görüşünü isə Almaniyadan hakim Daniel Schlager idarə edəcək. Schlagerə köməkçi hakimlər kimi Sven Waschitzki və Tobias Fritsch təyin olunublar. Matçın dördüncü hakimi isə Tobias Reichel olacaq.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər