00:00:00
Yazar
Admin User
28.12.2025 14:51 99 1 dəq oxuma
Dünya

Başkeçiddə zəlzələ olub

Başkeçiddə zəlzələ olub

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dmanisi (Başkeçid) şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

Yeraltı təkanlatın gücü 3,8 bal olub.

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər