00:00:00
Yazar
Admin User
19.07.2023 12:07 437 2 dəq oxuma
Sosial

Başqa universitetə keçmək istəyənlərə EKSPERT TÖVSİYƏLƏRİ

Başqa universitetə keçmək istəyənlərə EKSPERT TÖVSİYƏLƏRİ

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna sayılı günlər qaldı. Transfer zamanı nələrə diqqət edilməlidir? Transfer etdirmək istəyən tələbələrə mütəxəssislərin tövsiyələrini araşdırmışıq.

 

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır. Köçürülmə prosesinə iyulun 25-i saat 11:00-dan start verilir. Elm və Təhsil Nazirliyindən bildirilir ki, köçürülmə üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Nicat Əsədli bildirib ki, müraciət üçün tələbələr transfer.edu.az portalına daxil olsunlar. Qeydiyyatdan keçib köçürülmək istədiyi təhsil müəssisəsini seçsinlər. Tələb olunan sənədlərlə tanış olub, onların uyğunluğunu yoxlayıb, daha sonra əlavə edərək, ərizələrini təsdiq etsinlər.


Təhsil eksperti Vüsət Əzizov isə sənədləri açıqlayıb. Tələb olunan sənədlər bunlardır: təhsil haqqı borcunun olmadığına dair arayış, akademik transcript, oğlanlar üçün hərbi bilet, yaxud ilkin hərbi qeydiyyat almaq haqqında sənəd, şəxsiyyət vəsiqəsinin hər iki üzü. Ekspertin sözlərinə görə, tələbə köçürülmə səbəbini təsdiq edən sənədi də mütləq şəkildə qeyd etməlidir: "Vətəndaş yaşayış yerini dəyişibsə, bunun üçün yaşayış yerindən arayış almalıdır, yaxud ailə həyatı qurubsa, nigah haqqında şəhadətnamə yükləməlidir. Hər hansı xəstəlik varsa, bununla bağlı mütləq şəkildə kağız olmalıdır. Namizədlər bu sənədləri alarkən mütləq şəkildə fikir verməlidirlər ki sənədin üzərində tarix, məsul şəxsin adı soyadı, imzası, möhürü olsun".


Namizədlər bir təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digərinə, eyni zamanda təhsil formasını əyanidən qiyabiyə, qiyabidən əyaniyə keçirə bilərlər. Proses həm 9-11 illik kolleclərdə, həm də bakalavr və magistratura səviyyəsində həyata keçirilir. Xaricdə təhsil alan tələbələrin də yerli təhsil müəssisələrnə transferi mümkündür. Yeri gəlmişkən, sənədlərdə uyğunsuzluq olarsa, transfer prosesi həyata keçməyə bilər. Bunun üçün qeyd olunan sənədlər mütləq şəkildə natariusda tərcümə və təsdiq etdirilməlidir.

 

Transfer olunan tələbənin təhsilini ödənişli, yaxud ödənişsiz şəkildə davam etdirəcəyi məsələsinə aydınlıq gətirən Vüsət Əzizovun sözlərinə görə, tələbə öz ixtisası üzrə məsələn, Riyaziyyat müəllimliyi ixtisas üzrə pulsuz təhsil alır və digər təhsil müəssisəsinə eyni ixtisas üzrə keçirsə, yenə də pulsuz təhsil alır. Ancaq Riyaziyyat müəllimliyindən fizika müəllimliyi ixtisasına keçirsə, yəni ixtisas dəyişkliyi baş verirsə, ödənişli əsaslarla təhsilini davam etdirəcək.


Köçürülmə üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar mərkəzin müəyyən etdiyi eyni ixtisas qrupu daxilində olmalıdır. Qeyd edək ki, universitetini və ixtisasını dəyişmək istəyənlər üçün sənəd qəbulu iyulun 31-dək davam edəcək.

Rahim

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər