00:00:00
Yazar
Admin User
21.11.2025 08:19 91 1 dəq oxuma
İdman

“Bavariya” futbolçusu ilə danışıqlara başlayacaq

“Bavariya” futbolçusu ilə danışıqlara başlayacaq

Almaniyanın “Bavariya” klubu müqaviləsinin müddətinin uzadılması üçün futbolçusu Serj Qnabri ilə danışıqlar aparacaq.

 

“İnformator.az” “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir ki, həm Bundesliqa təmsilçisi, həm də oyunçu əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

Klubla 30 yaşlı vinger arasında razılığın əldə olunacağı gözlənilir.

 

Qeyd edək ki, Serj Qnabrinin hazırkı müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər