00:00:00
Yazar
Admin User
24.07.2023 11:35 244 1 dəq oxuma
Sosial

Baxımsızlıq daxildəki boşluğun göstəricisidir - PSİXOLOQ MƏSLƏHƏTİ

Baxımsızlıq daxildəki boşluğun göstəricisidir - PSİXOLOQ MƏSLƏHƏTİ

İlk tanışlıq zamanı diqqət çəkən qarşı tərəfin xarici görünüşü olur. Fərd özünü təqdim edənə qədərki mərhlədə artıq onun haqqında müəyyən fikir yaranır. Burada geyim, saç düzümü və digər nüanslar az rol oynamır. Maraqlıdır, görəsən insanlar özünəqulluq üçün hansı vasitələrdən istifadə edirlər. Xarici görünüş və geyimlə yanaşı, qidalanmanı da diqqətdə saxlayanlar var.

 

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, insanın xarakteri onun özünə olan münasibətinin göstəricisidir. İnsanlar xüsusiyyətlərinə görə fərqlənirlər. Bəzi şəxslər ətraflarında baş verən hadisələrə oldğu kimi özlərinə qarşı da laqeyd olurlar. Öz fikirlərini ikinci plana ataraq məsləhət və tövsiyələrlə hərəkət etməyə üstünlük verirlər.


Psixoloq onu da qeyd etdi ki, baxımsızlıq insanların daxili aləmindən xəbər verir ki, onun daxilində də müəyyən boşluqlar var. Bu da onun xarici görünüşündə özünü biruzə verir. Baxımlı olmaq brend geyimlərlə ölçülmür. Əsas məsələ fərdin kənardan özgüvənli görünməsidir. Duruş və imic dünya görüşü ilə yanaşı, düşüncə tərzinin təzahürüdür.

 

Belə bir deyim də var. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Bu baxımdan Xarici görünüş həm də daxili aləmin təzahürüdür.


Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər