00:00:00
Yazar
Cavahir Əsgərbəyli
25.05.2026 15:58 14 1 dəq oxuma
Sosial

Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

 

Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

"İnformator.az" xəbər verir ki, qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

 

Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.


Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.

 

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.


Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.

 

Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

#xəbər #qrafiki #baki #gündəm #günlərində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər