00:00:00
Yazar
Lalə Qafarova
22.05.2026 20:55 11 2 dəq oxuma
Sosial

Bayramı təhlükəsiz qarşılayaq: AQTA-nın yeni qaydaları və ekspert tövsiyələri

Bayramı təhlükəsiz qarşılayaq: AQTA-nın yeni qaydaları və ekspert tövsiyələri

 

Qurban bayramı ilə əlaqədar artan tələbatı nəzərə alan AQTA əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması üçün nəzarət tədbirlərini gücləndirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, əsas məsələ həm ictimai sağlamlığın qorunması, həm də insanların təhlükəsiz və keyfiyyətli ətlə təmin olunmasıdır:


"Çünki bu sahədə kifayət qədər təcrübəsi olmayan şəxslərin nəzarətsiz şəkildə heyvan kəsimi aparması müxtəlif risklər yarada bilər. Buna görə də kəsim prosesinin sanitar və baytarlıq nəzarəti altında həyata keçirilməsi cəmiyyətin xeyrinə hesab olunur.

Bu səbəbdən xüsusi kəsim məntəqələri müəyyənləşdirilir və heyvanların həmin yerlərdə kəsilməsi tələb olunur. Kəsim zamanı qan və tullantılar xüsusi qaydalara uyğun şəkildə utilizasiya edilməli, ərazi dezinfeksiya olunmalı və gigiyenik standartlara əməl edilməlidir. Bu, həm ətraf mühitin qorunması, həm də xəstəliklərin yayılmasının qarşısının alınması baxımından vacibdir.

Ən önəmli məqamlardan biri isə zoonotik infeksiyaların qarşısının alınmasıdır. Məsələn, brusellyoz kimi xəstəliklər heyvandan insana keçə bilər və ciddi sağlamlıq problemləri yarada bilər. Buna görə heyvan kəsilməzdən əvvəl onun baytarlıq baxışından keçməsi və sağlam olmasının təsdiqlənməsi vacib şərtdir.

Digər tərəfdən, ətin düzgün şəkildə parçalanması, təmiz və gigiyenik şəraitdə saxlanılması, qablaşdırılması və üzərinə sağlamlıq möhürünün vurulması da texniki və sanitariya standartlarına uyğun aparılmalıdır. Bütün bunlar istehlakçıların sağlamlığının qorunmasına və bazarda keyfiyyətli məhsul dövriyyəsinin təmin edilməsinə xidmət edir".

 


Reyhan Qulizadə

#bayramı #aqta-nın #qaydaları #azərbaycan #təhlükəsiz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər