00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 22:57 44 1 dəq oxuma
Gündəm

Bayramov ATƏT-in baş katibi ilə görüşüb


 

Bayramov ATƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

 

İnformator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) X sosial şəbəkəsində məlumat yayıb.

 

 

Tərəflər ATƏT-in gündəliyi ilə bağlı məsələləri, Azərbaycan–ATƏT əməkdaşlığını, mövcud Avropa təhlükəsizlik arxitekturasını və Cənubi Qafqazda regional sülh dinamikasını müzakirə ediblər.

 

C.Bayramov Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş barədə məlumat verib. Vurğulayıb ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə bağlanması münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionun reallıqları ilə uyğunlaşdırılması baxımından mühüm addımdır.

 

 

Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əsas inkişaflarla bağlı fikir mübadiləsi aparıblar.

 

 

 

#xəbər #bayramov #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər