Bəbir məktəbə girdi, 6 nəfər yaralandı
Hindistanda bir məktəbə girən bəbir qorxu dolu anlar yaşadıb.
Hindistanda bir məktəbə girən bəbir qorxu dolu anlar yaşadıb.
İnformator.az “BBC”ə istinadən xəbər verir ki, Banqalor şəhərində bəbir məktəbə girib və onu tutmaq istəyən 6 nəfəri yaralayıb. Bəbi tutmaq isə heç də asan olmayıb. 10 saatlıq işdən sonra bəbir sakitləşdirici iynənin təsiri ilə çölə çıxarılıb. Məktəbdəki təhlükəsizlik kameralarının çəkdiyi görüntülər bəbirin nə qədər təhlükəli olduğunu göstərib. İynənin təsir etməsini 3 saat gözlədikdən sonra vəhşi yaşayış mərkəzinə aparılıb.
